ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaq

XARİCİ SİYASƏT 12 may 2021, 08:56
ABŞ-ın Nyu-York şəhərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq.

Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli deyib ki, Azərbaycan bayrağı mayın 28-dən etibarən 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalacaq.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top