Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 9-a çatdı

DÜNYA 11 may 2021, 11:58
Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada 1 müəllim və 8 şagird ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

Hazırda uşaqlar evakuasiya olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top