Lavrov Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi

XARİCİ SİYASƏT 11 may 2021, 11:32
Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Demokrat.az
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.



X X X

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.


Demokrat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top