“Space”nin yeni rəhbəri istefa verdi — AÇIQLAMA

GÜNDƏM 10 may 2021, 16:38
Bir neçə gündür “Space Tv”yə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın istefa verməsi haqda bəzi yerli saytlarda xəbərlər yayılıb.

Demokrat.az xəbər verir ki, kollektivə təqdim edildikdən cəmisi bir neçə gün sonra yeni rəhbərin istefa verməsi xəbəri hər kəsi təəccübləndirib. Məsələ ilə bağlı “Space”nin adının çəkilməsini istəməyən əməkdaşları saytımıza açıqlamasında bu xəbərin doğru olduğunu bildiriblər. Qeyd edək ki, yeni rəhbərin istefa verdiyini  televiziyanın departament əməkdaşları təsdiqləyiblər.  

Xatırladaq ki, kanalın əvvəlki rəhbəri Vaqif Mustafayev bir neçə gün əvvəl işdən çıxarılıb və onun yerinə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova təyin edilib.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top