Bakıda kişi arvadına doğum günündə dəhşət yaşatdı — Təfərrüat


HADİSƏ 10 may 2021, 14:43
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Azər arvadı Nigara xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azər Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən nömrəsiz evdə birgə yaşadığı arvadı Nigar ilə ailə münasibətləri və qısqanclıq zəminində mübahisə edib. O, aralarında yaranmış mübahisə zamanı Nigarın sifət nahiyyəsini qəsdən sıxıb, eləcə də yumruqla sifətinə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəqan Əhmədovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2016-cı ildə Nigar ilə ailə həyatı qurub və bu nikahdan bir qız övladları var: “Hadisə baş verən günü, il saat 15 radələrində arvadım doğum gününü qeyd etmək məqsədi ilə atasıgilə getmək istədi. Nigarın kosmetikadan istifadə etməsini ona irad tutdum və ondan kosmetikasını silməsini tələb etdim. Nigar sözlərimə əhəmiyyət verməyərək kosmetikasını silmədi. Nigarın hərəkətlərindən əsəbləşərək onun sifətindən tutaraq sıxdım və əlimin içi ilə kosmetikanı sildim, geriyə doğru itələdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nigarın sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Azərin telefonuna növbəti dəfə tanımadığı qadından mesaş gəlib: “Bununla bağlı yenidən aramızda mübahisə yarandı. Mübahisə zamanı Azər əlindəki telefonu başıma vurdu. Daha sonra saçımdan tutaraq üz nahiyyəmə şillə ilə vurdu. Bundan sonra Azərdan boşanmaq istəsəm də, valideynlərimin müdaxiləsindən sonra Azərlə barışdım”.

Nigarın ifadəsinə görə, hadisə baş verən günü doğum gününü qeyd etmək üçün anası ona zəng edib və doğum gününü onlarla qeyd etməsini təklif edib: “Anamın təklifi ilə razılaşdım. Bəzənərək atamıən məni aparmasını gözlədim. Həmin vaxt Azər evə gəldi və məndən makyajımı silməyimi tələb etdi. Azərə üzümdəki kosmetikanı siləcəyimi bildirdim. Lakin, Azər yenidən aqressiv şəkildə sifətimdən əli ilə tutaraq sıxdı və barmaqlarıyla üzümü silməyə başladı. Daha sonra saçımdan tutaraq çarpayıya yıxdı. Qarnımın üstünə çıxaraq yumruq və şillə ilə bədənimin müxtəlif nahiyyələrinə zərbələr endirdi. Azəri itələyərək evdən çıxdım və Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Daha sonra uşağım ilə birlikdə atam evinə getdim”.

Nigar ifadəsinin sonunda qeyd edib ki, Azər ilə barışıb, ona qarşı şikayəti yoxdur. O, Azərin barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.

Məhkəmənin hökmü ilə Azərin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsiliyyətindən azad olunub.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top