Hindistanda karxanada partlayış oldu — 10 nəfər öldü

DÜNYA 08 may 2021, 20:25
Hindistanda daş karxanasındakı partlayış nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, qəza mayın 8-də Hindistanın Andhra-Pradeş əyalətinin Kadapa rayonunda olub.

Bildirilib ki, hadisə qranitdə açılan yerə partlayıcı maddə doldurulan zaman baş verib. Partlayıcı çox olduğundan partlayış ani olub. On nəfər hadisə yerində ölüb. Yaralılar hospitala yerləşdirilib.

Partlayışın səbəbi araşdırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top