İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçdi

GÜNDƏM 07 may 2021, 16:18
Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə 3 milyon baxışı keçib.

Demokrat.az xəbər verir ki, indiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

BBC-nin "Twitter" platformasında yayımlanan müsahibəyə Azərbaycanı, onun Prezidentini, ölkəmizin haqlı mübarizəsini dəstəkləyən kifayət qədər rəy yazılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə edib, həqiqətləri bütün dünyaya çatdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top