İyunun 1-də metro açılır? — RƏSMİ AÇIQLAMA

SOSİAL 07 may 2021, 14:08
Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu sözləri səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib. Beləliklə ölkədə vaksinasiya prosesinə qoşulanların sayı daha da artacaq.

Artıq koronavirusa yoluxanların sayında azalma müşahidə olunur. Həmçinin, vaksin olunanların sayı da artmaqdadır. Karantinlə bağlı insanları ən çox maraqlandıran məsələlərdən biri də, metronun fəaliyyətinin bərpasıdır. Bəs görəsən metronun fəaliyyəti gələn aydan etibarən bərpa oluna bilərmi?

Pravda.az xəbər verir ki, "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metronun sərnişindaşıma fəaliyyətinin dayandırılması kimi bərpası da yalnız Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir: "Vaksinasiya prosesinin gedişi Bakı Metropoliteninin səlahiyyət və məlumat imkanlarından kənarda olan bir məsələdir. Ümumi vəziyyətin qiymətləndirilməsi və qərarın verilməsi də yalnız Operativ Qərargahın səlahiyətindədir. Hazırda metronun infrastrukturunun sağlam vəziyyətdə saxlanılması üçün müvafiq profilaktik tədbirlər görülür. Bu tədbirlər texniki-normativ tələblərə uyğun qaydada davam edir".(sonxeber.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top