Bu gün xalçaçıların peşə bayramıdır — TƏBRİK

İNCƏSƏNƏT 05 may 2021, 17:07
Bu gün Azərbaycanda "Xalçaçı günü” kimi qeyd olunur.

Demokrat.az xəbər verir ki, sözügedən peşə bayramı ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçaçıları təbrik edib:

"Artıq 5-ci ildir ki, 5 may tarixini "Xalçaçı günü” kimi qeyd edirik. Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən təsis olunan peşə bayramı tariximizin, mədəniyyətimizin öyrənilməsi üçün zəngin xəzinə olan xalçalarımızı yaradan insanların əməyinə verilən dəyərdir.

Muzeyimizin​ Ənənəvi texnologiya şöbəsinin​istedadlı xalçaçıları onların zəhmətinə dövlət səviyyəsində göstərilən bu diqqəti yüksək qiymətləndirir və​ xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, bədii-estetik keyfiyyətləri ilə seçilən​ milli və ümumbəşəri əhəmiyyətli​ yeni xalçaların yaradılması istiqamətində çalışırlar.

Ömrünü bu sənətə həsr edən bütün xalçaçıları peşə bayramı münasibətilə təbrik edir, onlara toxuduqları xalçalar kimi gözəl, rəngarəng həyat arzulayırıq", deyə Ş.Məlikova qeyd edib.
 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top