Həssas qrupdan olan tələbələrin təhsil haqlarının ödənilməsinə 14 milyon manat ayrılacaq


SOSİAL 05 may 2021, 13:55
"Cənab Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi. 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək".

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.

Nazir bildirib ki, bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib: "2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top