Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı üç erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə İrəvanın “Erebuni” hava limanına eniş edib.
"Sputnik Ermənistan"ın məlumatına görə, bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan özünün feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, artıq hər üç şəxs İrəvan şəhərinə aparılıblar və tibbi müayinədən keçirilirlər. Eyni zamanda, erməni hərbçilər yaxınları ilə telefonla da danışıblar.
Xatırladaq ki, erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov müşayiət edib./Modern.az