Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başladı — FOTOLAR

QARABAĞ 04 may 2021, 08:43
Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb.

“Report”un Kəlbəcərə ezam olunan əməkdaşının verdiyi məlumata görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Səfərdə icma üzvlərini kütləvi informasiya vasitələrinin nümayəndələri də müşayiət edir. Məqsəd Alban-Udi Xristiyan dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban ziyarətgahı Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ainin icrasını işıqlandırmaqdır. Dini ainlərin icrası tədbirində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Udili iştirak edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top