Gəncədə yol polisi reyd keçirdi — FOTO

HADİSƏ 01 may 2021, 23:40
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilə konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlandığı reydlər zamanı bir neçə sürücünün avtomobillərində digər texniki nöqsanlar da aşkar edilib. Həmin nəqliyyat vasitələrinin hərəkəti qanunla müəyyən edilmiş qaydada dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Bundan başqa keçirilən tədbirlərlə sərxoş halda avtomobil idarə edən sürücülər də aşkar edilib. Həmin sürücülər ilə profilaktiki söhbətlər aparılıb, onlara sərxoş halda avtomobil idarə etməyin həm özləri həm də digər hərəkət iştirakçıları üçün çox təhlükəli olduğu bildirilib. 

Qeyd edək ki, aprel ayı ərzində keçirilən reydlər zamanı ümumilikdə vətəndaşlar tərəfindən 4 000-dən çox qayda pozuntusu aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top