“WhatsApp”ın yeni versiyası şəxsi məlumatlarınızı oğurlayır — RƏSMİ MƏLUMAT

İKT 28 apr 2021, 13:01
Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Bildirilir ki, “WhatsApp Pink” tam zərərli bir tətbiqdir: “Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır. “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top