Jurnalistlərin Füzuli və Xocavəndə səfəri başladı


QARABAĞ 28 apr 2021, 09:35
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.

“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanıb, ərazidə məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı" yatağına baxış olacaq: "Səfrər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və Köndələnçay-1 su anbarına balıq buraxılması baş tutacaq.

Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək".



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top