Mirşahin: “Sovetski” aksiyasındakılar əməlli başlı pul qazanacaqlarını güman edirlər”


GÜNDƏM 26 apr 2021, 11:03
REAL televiziyasının rəhbəri Mirşahin Ağayev rəhbəri olduğu verilişdə "Sovetski" adlanan məhəllədən köçürülmüş bir qrup sakinlərin qaldırdığı problemlərə toxunub.

Demokrat.az-ın məlumatına görə, M. Ağayev deyib ki, həmin sakinləri problemlərindən istifadə edərək hakimiyyətə qarşı qaldırırlar: "Bu gün keçmiş "Sovetski" ərazisində hamımızın məmnuniyyətlə istifadə etdiyi parkın ona qədərki vəziyyəti yəqin çoxunun yadındadır. 

Sovet hakimiyyəti zamanında bu ərazidə yaşayış evlərinin çox hissəsinin tikinti norma və tələblərinə cavab vermədiyinə və insanların sağlamlığı üçün normal şəraitin olmadığına görə əhalinin bu ərazidən köçürülməsi qərara alınsa da, işin həcmi və mürəkkəbliyi, həm də böyük vəsaitin tələb olunması səbəbindən nəzərdə tutulan işlərə başlanmamışdı. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən, ölkənin siması dəyişən vaxtdan və sosial rifah hədəf kimi qarşıya qoyulduqdan sonra "Sovetski" mövzusuna yenidən qayıdıldı. Sakinlərə ödənilən kompensasiya hesabına onlar yaşayış üçün normal tələblərə cavab verən evlər alaraq məskunlaşdılar. Belə başa düşmək olardı ki, abadlıq və rahatlıq prosesi daha böyük bir ünvanı əhatə edəcək. Dövlətin sosial məsələlərə xüsusi həssaslıq nümayiş etdirməsi, ən kiçik qayğıya görə də sadə adamın yanında olması dürüst anlaşılmadığından yeni problemlər yarandı.

Son zamanlar həmin ərazidən köçürülmüş sakinləri müxtəlif bəhanələrlə dövlət orqanlarının, inzibati binaların qarşısına yığışmağa çağırışlar edən və buna qismən nail olan, özlərini həmin sakinlərin nümayəndələri kimi qələmə verən bir qrup şəxslər meydana çıxdı. Məsələni araşdırmağa başladıq. Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il 12 dekabr tarixli 501 nömrəli sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsiylə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastrukturun yaxşılaşdırılması və "Sovetski" adlanan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin satın alınması işlərinə 2014-cü ilin yanvarından başlanıb. Bu günə kimi ümumilikdə 6252 obyekt kompensasiya edilməklə satın alınıb. Onlardan 6027 yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə satdıqları əmlaklarına görə müvafiq qaydada hesablanmış kompensasiya ödənilib.

Sahəsi az olan 217 mənzil sahibinə və 8 obyekt sahibinə isə əmlakına görə Nərimanov rayonu Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrində yerləşən iki ədəd çoxmərtəbəli binadan 217 təmirli mənzil və 8 qeyri-yaşayış sahəsi verilməklə əmlakları əvəzləşdirilib. Bu gün ayrı-ayrı dövlət qurumlarının qarşısına yönləndirilən bu insanların siması heç də həmişə qəzəbli olmayıb. Onlar mənzillərini videokadrladan göründüyü kimi razılaşdıraraq satıblar. İnsanlara "yolgöstərənlər" arasında sadəcə indi şübhəli şəxslər də var. Özünü "Sovetski" sakini kimi təqdim edəni görürük ki, qətiyyən oralı  deyil. İkincisi, heç ad və soyadını da dürüst demir. Başqa ad və soyad deyir.

Göründüyü kimi bu qəribə aksiyanın iştirakçıları əməlli başlı pul qazananacaqlarını güman edərək məlumatsız, sadə insanları şirnikləşdirməklə öz maraqları uğrunda mübarizə aparırlar".
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top