"Mənzillərin jurnalistlərə verilməsində heç bir qərar yoxdur" — Şöbə müdiri


GÜNDƏM 24 apr 2021, 10:20
Jurnalistlər ötən il Milli Mətbuat günündə 3-cü binanın da təhvil veriləcəyini düşünürdülər, amma belə olmadı.  Bu səbəbdən media nümayəndələrinin bina ilə bağlı müzakirələri səngimək bilmir.

Bəziləri mənzillərin verilməsi şərtlərinin dəyişdirildiyini düşünür. “Jurnalist binası”nın açılış mərasiminin növbəti Milli Mətbuat günündə olacağını bildirənlər də var. Hər kəsi “mənzillər nə zaman və hansı şərtlərlə veriləcək” sualı maraqlandırır ki, bununla bağlı hələ ki, cavab verilməyib.

Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə “Yeni Müsavat”a açıqlamasında binanın təhvil verilməsi ilə bağlı hər hansı yeniliyin olmadığını dedi: “Hələ ki, inşa olunmuş üçüncü binadakı mənzillərin jurnalistlərə verilməsi məsələsində heç bir qərar, yenilik yoxdur. Bir xəbər olarsa, mütləq paylaşılıcaq”.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top