Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA


QARABAĞ 22 apr 2021, 00:19

“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə nəzarət vəzifələrini davam etdirir”.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı açıqlamada bildirilir.

Məlumata görə, vəziyyətin izlənməsi pilotsuz hava vasitələri, xüsusən “Forpost” və “Orlan-10” PUA sistemlərindən istifadə etməklə gecə-gündüz həyata keçirilir: “Rus pilotsuz hava vasitələrinin hər uçuşu 10 saata qədər davam edə bilər.

Təyyarədəki qurğular elan edilmiş obyektlərin koordinatlarını və onların yerləşdiyi yerə uyğunluğunu dəqiq müəyyənləşdirməyə imkan verir. Bundan əlavə, avtomobil və nəqliyyat konvoylarının müşayiəti var. Vəsaitlərimiz əsasən dağlıq, meşəli və çatması çətin olan əraziləri izləmək üçün istifadə olunur” – deyə pilotsuz aviasiya xidmətinin rəhbəri Aleksandr Krepışev bildirib.

“Birgə Mərkəzin hərbi heyəti davamlı olaraq pilotsuz uçan aparatlardan idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnikanın bütün hərəkətləri, personal təhlil olunur və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur” – xəbərdə deyilir.

Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Birgə Rusiya-Türk Mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci il tarixində imzalanan memoranduma uyğun olaraq 2021-ci il yanvarın 30-da Azərbaycan Respublikası ərazisində yerləşdirilib.

Birgə Mərkəzdə Rusiya və Türkiyənin silahlı qüvvələrindən paritet əsasda hər tərəfdən 60 hərbçi təmsil olunur./Modern.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top