İdman

Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov final qarşılaşmasına çıxıb.

Demokrat.az-ın məlumatına görə, 70 kq-da mübarizə aparan idmançı rusiyalı İsrail Kasumovla üz-üzə gəlib.

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Bayramov gümüş medalla qazanıb.

D
demokrat.az