Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürüldü

DÜNYA 19 apr 2021, 15:20
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Səfir sui-istifadə hallarında, habelə çirkli pulların yuyulmasında ittiham olunur. O, Ermənistanın keçmiş Mədəniyyət naziri ilə əlbir hərəkət edib.

Belə ki, səfir keçmiş nazirə tarixi binaların olduğu torpaq sahəsinin qanunsuz qeydiyyatına kömək edib. Bina və torpaq sahəsi sonradan nazirin gəlininə məxsus ofşor şirkətə satılıb.

Toplanan sübutlar əsasında Smbatyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddəsi ilə ittiham irəli sürülüb.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top