Hərbi Qənimətlər Parkının açılmasını istəməyənlərə Rasim Balayevdən cavab: "Ermənilərin təəssübünü çəkmək lazım deyil!"

İNCƏSƏNƏT 19 apr 2021, 13:12
Bir neçə gün öncə Bakıda Hərbi Qənimətlər Parkının açılışı baş tutdu. Amma bu önəmli təşəbbüsə kölgə salmağa çalışanlar da oldu. Bəzi adamlar həmin parkda erməni əsgərlərinə məxsus dəbilqələrin və vaxtilə düşmən ordusunun ixtiyarında olmuş hərbi texnikanın nümayişini faşizm kimi qiymətləndirdi. Bu isə cəmiyyətdə haqlı narazılığa səbəb oldu.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Xalq artisti Rasim Balayev qeyd edib ki, Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində əldə etdiyi qənimətlərin nümayis etdirilməsi faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımılara, terrora cavabdır:

“Hərbi qənimətlərin nümayiş olunması mütləq lazımdır. Gələcək nəsillərə, müharibə görməyənlərə göstərmək lazımdır ki, bizim necə alçaq düşmənimiz olub. Bu park bir görkdür. Ondan ibrət götürülməlidir və insanlar bilməlidir ki, ermənilər bizim əbədi düşmənlərimizdir. Dünya tarixinə nəzər salsaq görərik ki, vaxtilə müharibə edöən dövlətlər sonradan bir araya gəliblər. Məsələn, almanlarla ruslar. Onlar artıq barışıblar, bu gün aralarında heç bir düşmənçilik yoxdur. Amma bu ermənilər bizim əbədi düşmənlərimizdir. Onlar xislətdə adamlar yoxdur, buna görə bizim onlarla aramız heç vaxt düzəlməyəcək. Onlar iki əsrdi bir neçə ildən bir bizə qarşı alçaq hərəkətlər ediblər. Əsrlər boyu biz onları bağışlamışıq, qaynayıb-qarışıblar, amma xislətləri dəyişməyib. Biz birdəfəlik anlamalıyıq ki, bunlar əbədi düşməndirlər. Onların təəssübünü çəkmək lazım deyil! Ona görə də Hərbi Qənimətlər Parkını qınamaq olmaz, bu mütləq lazımdır”.

Aktyor düşmənin acı məğlubiyyətinin təntənəli nümayişinin Hərbi Qənimətlər Parkında sərgiləndiyini bildirib. O, bu parkın hər zaman bizə düşmənimizin kim olduğunu xatırladacağını deyib:

Gənc nəsillər qələbəmizi görməlidirlər. Onlar bilməlidirlər ki, ermənilərlə oturub-durmaq olmaz. Çünki onlar haçansa yenə bizə qarşı içlərində olan düşmənçiliyi göstərəcəklər. Cənab Prezident Qənimətlər Parkı ideyasını çox gözəl düşünüb. Bu əla bir şeydir. Bütün dünyaya bunu göstərmək lazımdır. Bütün xalq, bütün dünya bilməlidir ki, ermənilərdən mütləq uzaq gəzmək lazımdır. Onlarla barışıq qətiyyən olmamalıdır. İllər keçsə də, mütləq əqrəb kimi nə vaxtsa bizi sancacaqlar. Biz hər zaman ehtiyyatlı olmalıyıq və Hərbi Qənimətlər Parkı bunu bizə hər dəfə xatırladacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top