Bu gün AŞPA-nın yaz sessiyası başlayır


XARİCİ SİYASƏT 19 apr 2021, 10:40
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası bu gün Strasburqda hibrid formatda işə başlayacaq.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, koronavirus məhdudiyyətləri səbəbindən sessiya məhdud sayda parlamentarinin iştirakı ilə keçiriləcək.

Bu gün Moldova Prezidenti Maya Sandu sessiya iştirakçıları qarşısında çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Sabah parlamentarilər Almaniya kansleri Angela Merkel ilə videokonfrans vasitəsilə görüşəcəklər. Axşam saatlarında isə Avropa Şurasının baş katibi müraciət ilə çıxış edəcək.

Çərşənbə günü Avropa Parlamentinin sədri David Sassoli parlamentarilərlə danışmağı planlaşdırır. Cümə axşamı isə Almaniyanın Avropa işləri üzrə naziri Mixael Rot Avropa Şurası Nazirlər Komitəsinin müraciətini oxuyacaq.

Aprelin 21-də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2020-ci il üçün illik hesabatını təqdim edəcək.

Bir qədər öncə xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın yaz sessiyasında iştirak üçün aprelin 17-də Strasburqa yola düşüblər.

Yaz sessiyası aprelin 23-də başa çatacaq.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top