Füzulidə erməni hərbçinin meyiti aşkarlandı

QARABAĞ 17 apr 2021, 22:09
İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, erməni hərbçisinin meyiti Füzuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib.

Meyitin şəxsiyyətini müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 543-ə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top