"Demokrat.Az" mükafata layiq görüldü — VİDEO

DİASPOR 17 apr 2021, 18:57
22 İyul Azərbaycan Milli Mətbuat və Jurnalistika gününün 145-ci ildönümü münasibəti ilə bir qrup jurnalist təltif olunub.

Tədbir Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub.

Avropa qitəsindəki Azərbaycan təşkilatlarının və icmalarının həyat və fəaliyyətini davamlı olaraq dolğun və operativ şəkildə işıqlandırdığına görə "Real Təhlil və İnformasiya Mərkəzi"nin Direktoru Mir Şahin Ağayev, "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "Gündəlik Teleqraf"ın direktoru Aynur Camalqızı, "Demokrat.az" xəbər saytının rəhbəri Vasif Həsənli, "İnterpress.az" saytının rəhbəri Toğrul Allahverdili, "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Fərəcov Avropa Azərbaycanlıları Konqresinin "Xatirə Medalı" ilə təltif edilib.

Qeyd edək ki, dünyanı bürüyən koronavirus pandemiyası və sərt karantin tədbirləri ilə əlaqədar olaraq mükafatlandırma mərasimi indiyə təsadüf edib.


Realtv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top