Moskvada 9 May-Qələbə Paradında spirtli içkilərin satışı məhdudlaşdırılacaq

DÜNYA 27 apr 2024, 00:28

Moskvada 9 May-Qələbə Paradının məşqi və keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskvanın Mərkəzi İnzibati dairəsinin mətbuat katibi Yelena Sedina məlumat verib.

Onun sözlərinə görə, Qələbə Paradının məşqi və keçirilməsi zamanı paytaxtın iki mərkəzi küçəsində mağazalar və iaşə obyektləri bağlanacaq.

Mağazaların, kafelərin yay verandalarının və ictimai iaşə müəssisələrinin ticarət fəaliyyəti iki küçədə - Tverskaya küçəsində tam şəkildə, 1-ci Tverskaya-Yamskaya küçələri qismən məhdudlaşdırılacaq.

Hərbi texnikanın keçəcəyi ərazilərdə alkoqollu içkilərin, o cümlədən pivə və aşağı dozlı alkoqollu içkilərin, həmçinin şüşə qablarda sərinləşdirici içkilərin satışı tamamilə məhdudlaşdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 may 2024, 19:40
Top