SON DƏQİQƏ! Azərbaycanlı soydaşlarımızın Avro-Atlantik məkanında fəaliyyət göstərən yeni beynəlxalq təşkilatı təsis olunur

DİASPOR 30 yanvar 2024, 13:27
“Avro-Atlantik məkanında fəaliyyət göstərən Azərbaycanlıların yeni beynəlxalq lobbiçilik strukturu təsis olunur”. 

Bu barədə Demokrat.az-a açıqlamasında sözügedən təşkilatın Təşəbbüs Qrupunun rəhbəri Sahil Qasımov məlumat verib. 

Sahil Qasımov bildirib ki, yeni təşkilat “Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası” (ingiliscə - Euro-Atlantic Partnership Council Azerbaijanis (EAPCA) adlandırılacaq.

Sahil Qasımov

Onun sözlərinə görə, bu ilin fevral ayında Brüsseldə “Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası”nın Təsis Konfransı keçiriləcək:

"Hazırda ABŞ və Qərbi Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyini müşahidə edirik. Bütün bu amillərdən irəli gələrək, Avropada yaşayan soydaşlarımız çevik şəkildə hərəkətə keçərək, belə bir təşəbbüs irəli sürdülər. Düşünürük ki, Avropada yaşayan soydaşlarımızın təkidi ilə “Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası” kimi beynəlxalq qurumun yaranmasına böyük ehtiyac var. Təşkilatın əsas vəzifəsi soydaşlarımızla bağlı lobbiçilik fəaliyyəti həyata keçirəcək. Eyni zamanda “Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası” Qərb və Avropa məkanında, həmçinin Azərbaycanda uzun müddət fəaliyyətdə olan təşkilatları özündə birləşdirəcək".


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top