Vergilərini vaxtında ödəməyən özəl klinikaların SİYAHISI

SOSİAL 16 apr 2021, 13:03
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “GP Klinik S” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün - 16.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək. 

Məlumat üçün bildirək ki, Nəsimi rayonu Cavadxan kuc.ev 17, mən 106 və M. Cəfərov küşəsi 10 ünvanlarında fəaliyyıt göstərdiyi bildirilən “GP Klinik S” MMC-nin hazırda dövlət büdcəsinə 16 min 131 manat 61 qəpik vergi borcu var.

Onu da qeyd edək ki, dövlət büdcəsinə vergi borcu olan təkcə “GP Klinik S” MMC deyil. Hazırda bir çox aparıcı özəl tibb müəssisəsinin də dövlət büdcəsinə vergi borcları var.

Dövlət büdcəsinə vergi borcu olan özəl tibb müəssisəsələrinin bəzilərinin siyahısını təqdim edirik:
 
Klinika Şirkət Ünvan Vergi borcu
“MEDİSTYLE HOSPİTAL” və “AVRASİYA KLİNİKASI” “RENESSANS-S” MMC Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 116 və Xətai rayonu, A.Cəlilov küçəsi 20 8 655 744.66 manat
“AVRASİYA KLİNİKASI” “VİOLA” MMC Binəqədi rayonu, Azadlıq prospekti 189 2 813 476.88 manat
“URUD FİRMASI”, “URUD KLİNİKASI”, “URUD ANDROLOJİ MƏRKƏZ”, “URUD TİBB MƏRKƏZİ” “DOKTOR CANPOLAD” MMC Nəsimi rayonu, Mərdanov qardaşlatı 41/47 37 983.38 manat
“GP KLİNİK S” “GP KLİNİK S” MMC Nəsimi rayonu Cavadxan kuc.ev 17, mən 106 və M. Cəfərov küşəsi 10 16 131.61 manat
“ASTORİYA TİBB MƏRKƏZİ” “ASTORİYA TİBB MƏRKƏZİ” MMC Yasamal rayonu, İ.Qurtqaşınli küçəsi 50 15 000.89 manat
“ATLAS MEDİCAL CENTER” “ATLAS MEDİCAL CENTER” MMC Nərimonov rayonu, Xətai prospekti ev 15 7 008.54 manat
“LOĞMED” “LOĞMED” MMC Nizami rayonu, K.Balakişiyev küçəsi 61 29 554.21 manat
“ŞƏRQ-QƏRB TƏBABƏTİ” “ŞƏRQ-QƏRB TƏBABƏTİ” MMC Binəqədi rayonu, Azadlıq prospekti 187 3 011.34 manat
“NEW MED” “TURAY ŞİRKƏTİ” MMC Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 29B 6 210.42 manat
“DIMED” “DIMED” MMC Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 1 784.90 manat

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top