Restoranlar bağlanır?


SOSİAL 15 apr 2021, 11:45
Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər.

Ramazan ayının daxil olması ilə əlaqədar restoranların bağlanılması əsas müzakirə olunan məsələlərdən biridir. Mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin üzvü Fazil Mustafa BAKU.WS-ə bildirib ki, Ramazan ayında restoranların bağlanılması barədə qərar qəbul etmək yanlış olardı:

"Sadəcə olaraq restoranlarda qaydalara riayət olunmasına nəzarət etmək lazımdır. Paralel olaraq kütləvi şəkildə toplaşmaq və iftar məclisləri təşkil etmək olmaz. İftar süfrəsinə məhdud sayda insanın toplaşması mümkündür.

Restoranlarla bağlı bütövlükdə qadağa tətbiq etmək isə doğru olmazdı. Restoranlarda işləyən insanların sayına baxsaq, orada nə qədər insanın pul qazandığını görmək olar. Bu insanlar ac qalmalı deyillər. Bu səbəbdən qaydalara ciddi riayət olunmasını təmin etmək lazımdır. Bunu tənzimləyəndən sonra digər problemlər öz həllini tapacaq.

Mən təklif edərdim ki, restoranlarda 4-6 nəfərdən çox insan bir masanın arxasında toplaşarsa, məsuliyyətə cəlb olunsunlar. Bu məsələdə say qadağası qoyulmalıdır, amma bütünlükdə restoranları bağlamaq düzgün deyil.

Kimsə ürək dostu və ya ailəsi ilə iftar açmaq istəyirsə, məsafə saxlayır və qaydalara riayət edirsə, burada heç bir problem yoxdur. Bu məsələdə qadağadan çox, məhdudiyyətlər icra olunmalıdır".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top