Pakistan ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir

XARİCİ SİYASƏT 11 apr 2021, 21:39
Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir.

Demokrat.az-ın məlumatına görə, bunu Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru Xalid Taymur Akram deyib.

"Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar" - icraçı direktor bildirib.

Akram vurğulayıb ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin başlandığı andan etibarən Azərbaycanı dəstəkləyib: "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyinin şahidi olduq və torpaqların azad olunması ilə bağlı Azərbaycanın sevincini bölüşürük".

İcraçı direktor qeyd edib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər 1991-ci ildən başlayır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olub. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ilin martında qurulub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top