“Rusiya hələ COVID böhranından çıxmayıb” — Peskov


DÜNYA 11 apr 2021, 18:41
“Biz çox məsuliyyətli və çətin dövrdəyik. Bu, COVID böhranından çıxış dövrüdür, o anlamda ki, böhranın özü hələ başa çatmayıb. Və biz yalnız çıxışdayıq”.
 
Demokrat.az xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” verilişində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
Peskov vurğulayıb ki, bu böhranın tez başa çatacağı və ya əksinə, bitməsinin uzanacağı hələ aydın deyil.
 
Bununla yanaşı, mətbuat katibi qeyd edib ki, Rusiyada davam edən pandemiyaya baxmayaraq, sənaye, təhsil, xidmət sahələri işləyir, səhiyyə sistemi qismən boşaldılıb, qonşu ölkələrdə isə üçüncü dalğaya görə koronavirusa qarşı tədbirlər sərtləşdirilib./“Qafqazinfo”


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top