Nura Suri: "Biz beyindən azad deyilik, belə yaşamaq olmaz"


ŞOU-BİZNES 10 apr 2021, 23:38
"Hamı qeyri-səmimi insanlardan, yaltaqlardan, ikiüzlülükdən və s. gileylənir. Bu kimi xüsusiyyətləri qınayır. Amma hamı lazımi vaxtda bütün yuxarıda sadaladıqlarımı edir".

Demokrat.az
-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.

N.Suri qeyd edib ki, səmimi olmaq mümkün deyil: 

"Xüsusən də bizim cəmiyyətdə... Biz yalnız uşaq (körpə) vaxtı səmimi olmuşuq - heç nə anlamayanda. Valideynlərimiz başqalarının yanında bizə "ayıbdır", "olmaz" deyənə kimi. Başqa insanların fikrinə dəyər verməyi öyrəndiyimiz gün səmimiyyətimizi itirmişik. Tək olanda istədiyin kimi oturursan, yemək yeyirsən, yanını qaşıyırsan və s. O ki bir tamaşaçı yanında olan kimi, lap həyat yoldaşın da olsa, artıq oturuş, səs tonu, üz mimikası belə dəyişir. Bütün detallara fikir verməyə başlayırsan. Bütün bunları artıq avtomatik olaraq edirsən. 

Yəni ki, hamımız beləyik. Əhvalımız olmayanda belə, bəzi insanlara məcburən gülümsəyirik, onlarla çox xoş danışırıq. Özünüz yaxşı bilirsiz hansı insanlara qarşı belə edirsiniz, bu səbəbdən xırdalamıram. Di gəl ki, hamımız başqa insanlarda bütün bu xüsusiyyətləri qınayırıq (dərd yarı), hətta qeybət formasında edirik bunu. Filankəs belədi, elədi və s. 

Kimin necə olması niyə hamını narahat edir ki? 

Niyə heç kəs özünü bütün bunlardan azad etmir ki? Biz beyindən azad deyilik. Belə yaşamaq olmaz. Bir az düşünün, dəyişin. Mən çalışıram, dəyişirəm. Özümdə bir çox xüsusiyyətləri öldürmüşəm. Siz də başlayın".


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top