Turistləri daşıyan avtobus qəzaya uğradı — 34 nəfər yaralandı

DÜNYA 10 apr 2021, 19:59
Türkiyənin Konya vilayətində turistləri daşıyan avtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çarpılıb.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım və polis gəlib. Yaralılar Konyadakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbəb yolun buz bağlaması olub.

Qeyd edək ki, avtobus sərnişinləri tarixi və turistik məkanları görmələri üçün İzmirdən Orta Anadoluya aparırmış.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top