Ermənistanda koronavirusdan ölənlərin sayı 3 700-ü ötdü

DÜNYA 10 apr 2021, 20:25
Ermənistanda son sutkada koronavirusa 1 009 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 202 167-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 23 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 720 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 181 180-a yüksəlib. Hazırda 16 315 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top