Ermənistanda son sutkada koronavirusa 1 231 yoluxma qeydə alınıb.
Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 200 129-a çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 28 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 675 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların ümumi sayı 179 043 nəfərə yüksəlib.
Hazırda 16 471 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

