Ağdam - hər daşı tarix olan şəhər — VİDEO

QARABAĞ 07 apr 2021, 18:54
Ağdam - hər abidəsi, hər kəndi, hər daşı tarix olan şəhər. 

44 günlük Vətən müharibəsində müzəffər Azərbaycam Ordusunun zəfəri on minlərlə soydaşımız kimi Ağdam sakinlərinin də yurd həsrətinə son qoydu. 

Bu gün böyük fəxr və sevinclə Ağdama tez-tez səfər edirik. Erməni işğalçıları Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından olan Ağdamda görünməmiş vandalizm həyata keçiriblər. 

Ağdamı viran edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıblar. 

Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamda indi talan edilərək dağıdılan, Qafqazın Xirosimasına çevrilən xarabalıqlar qalıb. Ancaq bütün bunlar doğma torpaqlarımıza qovuşmaq sevincinə kölgə sala bilməz. İşğaldan azad edilən Ağdam rayonu tezliklə bərpa ediləcək, yenidən qurulacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top