Aslan İsmayılov: “Məmurlar bilməlidirlər ki, haqsızlıq heç vaxt cəzasız qalmır”

GÜNDƏM 06 apr 2021, 14:57
“Həyatımda heç vaxt, heç kimin həbsinə, yaxud ölümünə sevinməmişəm, çünki bu dünyada heç kim bu iki haldan sığortalanmayıb. Bununla belə, son günlər Gənclər və İdman Nazirliyində, QHT-lərə Dövlət Dəstəyi Şurasında və digər strukturlarda aşkar olunmuş yeyintilərlə bağlı yoxlamaların nəticələrinin Hesablama Palatası tərəfindən elan edilməsi, AMEA-da baş verən qanunsuzluqlarla bağlı cinayət işinin qaldırılması, xüsusən 2 keçmiş MTN generalın həbsini çox əlamətdar hal sayıram. Hesab edirəm ki, Hesablama Palatasının elan olunmuş nəticələri ilə bağlı da cinayət işləri qaldırılacaq”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, son dövrlər, xüsusilə 2015-ci il keçmiş MTN haqqındakı biabırçılıqlardan sonra bir çoxlarının cəzasız qalması ölkədə fikir formalaşdırmışdı ki, heç də hamı haqsızlığa görə cəzasını almır: “Bu isə həm əhali, həm də haqsızlıq edən məmurlar üçün çox pis nümunə idi. Əhali baş verən qanunsuzluqlara reaksiya verilməməsinə görə çox ümidsizlənmişdi, bütün əndazələri aşan məmurlar isə özlərini toxunulmaz hesab etmişdilər. Bu isə bu gün fəaliyyət göstərən məmurlar üçün də çox pis nümunə idi. Hamı, xüsusən bu gün fəaliyyətdə olan məmurlar da  bilməlidirlər ki, haqsızlıq heç vaxt cəzasız qalmır, sadəcə geci-tezi var”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top