ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya raket hücumu edildi

DÜNYA 04 apr 2021, 19:59
Amerika qüvvələrinin yerləşdiyi İraq ordusunun hərbi bazası raket hücumuna məruz qalıb.
 
Bu barədə “Qafqazinfo” Al-Hadath telekanalına istinadən xəbər verir.
 
Onun məlumatına görə, ABŞ qüvvələrinin də yerləşdiyi İraq HHQ bazasına iki raket buraxılıb.
 
Yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, hər iki raket bazanın yaxınlığında düşüb. Onun sözlərinə görə, hücum nəticəsində hərbi bazaya heç bir ziyan dəyməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top