Qardaşı: “Rasim Quliyev heç vaxt ailəsinə haram tikə aparmayıb”

SOSİAL 04 apr 2021, 12:03
“İki gündür, qardaşım Rasim Quliyevin həbsinə görə şokdayam. İnanmazdım ki, bu qədər ləyaqətli, təmiz, gözütox, imanlı, vətənpərvər, dövlətçi, nümunəvi bir insan həbs olunar və həm də dövlətçilik naminə  heç bir xidməti  nəzərə alınmadan. Tanıyanlar bilir ki, biz 90-cı illərin Xalq  hərəkatından gəlmişik, dövlətçilik uğrunda çox çətinliklər, həbsxanalar görmüşük amma nəfsimizə görə ittihamı qəbul etmirik. Amma heç kim şərdən sığortalanmayıb”.

Demokrat.az
-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin həbs edilən keçmiş Aparat rəhbəri Rasim Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev qardaşının həbsinin detalları və məzmunu ilə tanış olduğunu bildirib: “Əminəm ki, tezliklə əsl cinayətkarlar ortaya çıxacaq, haqq ədalət öz yerini tapacaq. Hamının ürəyi sakit olsun ki, biz nə rüşvəxor, nə də korrupsioner deyilik. Qardaşımı tanıyanlar və tanımayanların sosial şəbəkələrdə, saytlarda yazıb dəstəkləyirlər. Nə qədər zənglər olur mənə, çoxsaylı dostların narahat olduğunun şahidi oldum, Rasimin bu illərdə nə qədər hörmət, nüfuz qazandığını bir daha anladım. Qardaşımda iman, Allah sevgisi o qədər güclüdür ki, hər qəpiyin o dünyada haqq-hesabını verəcəyini bildiyi üçün heç kim görmədən, bilmədən həmişə  xeyirxahlıqla məşğul olub, heç vaxt ailəsinə haram tikə aparmayıb. Bizi tanıyanlar bilir ki, biz üç qardaş və bacılarım bir həyətdə və sadə Azərbaycan vətəndaşlarının orta yaşayış həddində yaşayırıq. Bu gün də hər şeyə görə Allahımıza  şükür edirik. Bizim üçün narahat olanlara, biz tanımadan haqqın tərəfində duranlara dərin təşəkkürümü bildirirəm. Mən qardaşımın sonsuz  minnətdarlığını sizə çatdırıram. Tezliklə Rasim Quliyev Sizlərlə olacaq, İnşallah. Mən qardaşımla fəxr edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top