Süveyşdə növbə gözləyən gəmilər kanaldan keçdi

DÜNYA 04 apr 2021, 08:30
“Ever Given” konteyner gəmisinin saya oturması ilə əlaqədar Süveyş kanalında növbə gözləmək məcburiyyətində qalan bütün gəmilərin kanaldan keçidi tam təmin olunub.

“El Balad” agentliyi xəbər verir ki, bu barədə Süveyş Kanal İdarəsinin rəhbəri Usame Rabi məlumat yayıb.

O bildirib ki, kanalın bağlı qaldığı altı gündə Süveyşin şimal və cənub sahillərində ümumilikdə 422 gəmi növbə gözləyirdi.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top