Əfqanıstan üzrə İstanbulda keçiriləcək görüşün tarixi açıqlandı

DÜNYA 03 apr 2021, 20:38
Aprelin 16-da Türkiyədə Əfqanıstandakı münaqişənin dinc yolla tənzimlənməsi üzrə konfrans keçiriləcək.

Demokrat.az xəbər verir ki, tədbirin 10 gün davam edəcəyi gözlənilir.

Əfqanıstanın 7 siyasi partiyası birgə bəyanatla çıxış edərək qarşıdan gələn tədbiri alqışladıqlarını bildirib. Onlar hesab edirlər ki, tərəflər arasındakı müzakirələr Əfqanıstanda hərbi əməliyyatlara son qoyacaq.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Əfqanıstan prezidenti Əşrəf Qəniyə məktubla müraciət edərək Əfqanıstan üzrə BMT-nin bayrağı altında ABŞ, Rusiya, Çin, Pakistan, Hindistan və İranın iştirakı ilə Türkiyədə yüksək səviyyədə görüş keçirilməsini təklif edib. Bir müddət sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda belə bir danışığın keçiriləcəyini təsdiqləyib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top