Ukrayna sutkalıq yoluxmada antirekord yenilədi

DÜNYA 03 apr 2021, 19:07
Ukrayna yeni növ koronavirusa yoluxma hallarının gündəlik artım sayı ilə əlaqədar növbəti dəfə antirekordunu yeniləyib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.

Səhiyyə naziri Maksim Stepanov feysbuk səhifəsində son sutka ərzində 20 341 vətəndaşın koronavirus testinin müsbət nəticələndiyini yazıb.

O, xəstələnənlər arasında 809 uşaq və 473 tibb işçisinin olduğunu bildirib. Bundan əlavə, 5 186 pasiyent xəstəxanaya yerləşdirilib, 9 166 nəfər xəstəxanadan buraxılıb.

Eyni zamanda gün ərzində 396 nəfər COVID xəstəsi ölüb.

Ən çox yoluxma Kiyev, Lvov və Odessa bölgələrində qeydə alınıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top