Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü

İDMAN 03 apr 2021, 18:54
Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2 800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

Demokrat.az xəbər verir ki, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.

Bunlardan birinin dünya çempionu Harri Kasparov (2 851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2 851 xal toplayaraq zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O həmçinin 18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.

Bu şahmatçılardan yalnız 5-nin - Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Digər tərəfdən, 13 nəfərin 5-i - Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.(report.az)

Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top