İraq hərbi kəşfiyyatı direktorunun köməkçisinə sui-qəsd edildi

DÜNYA 03 apr 2021, 22:48
İraq Müdafiə Nazirliyi hərbi kəşfiyyat direktorunun köməkçisi Zeyd əl-Maqsudi sui-qəsd nəticəsində sağ qalıb.

Bu barədə “Report” İraqın təhlükəsizlik orqanlarına istinadən xəbər verir. Zeyd əl-Maqsudini Bağdadda naməlum şəxslər qətlə yetirmək istəyiblər.

Hadisə aprelin 3-də ölkə paytaxtı Bağdadın cənubunda Diyala körpüsünün yerləşdiyi rayonda baş verib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top