Ermənistanda koronavirusdan ölənlərin sayı 3 575-ə yüksəldi

DÜNYA 03 apr 2021, 15:13
Ermənistanda son sutkada daha 1 192 nəfərdə COVID-19 aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 196 044-ə çatıb. İndiyədək 175 401 pasiyent infeksiyadan sağalıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 23 nəfər artaraq 3 575-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 918 nəfərdir.

Hazırda 16 150 pasiyent müalicə olunur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top