Türkiyənin Azərbaycandakı yeni səfiri kimdir?

XARİCİ SİYASƏT 03 apr 2021, 10:40
Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin olunub.
 
Demokrat.az xəbər verir ki, bu barədə sənəd “Resmi Gazete”də dərc olunub.
 
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın səlahiyyət müddəti başa çatıb.
 
Ərdoğanın sərəncamına əsasən, səlahiyyət müddətləri başa çatdığı üçün ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib.
 
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top