Milli Məclisdə Cəmil Həsənlinin qızının məsələsi qaldırıldı


GÜNDƏM 02 apr 2021, 11:42
“Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıq bəzilərini narahat edir. Bu kontekstdə son günlər şəxsi həyatla bağlı yayılan videolar müzakirə olunmaqdadır. Bəli, şəxsi həyat toxunulmazdır və konstitusiya ilə qorunur”.
 
Demokrat.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisdəki çıxışında bildirib.
 
O qeyd edib ki, bununla bərabər bir sıra şəxslər heç bir sübut olmadan dövləti günahlandırırlar: "İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bu məqamların qarşısını almaq mümkün deyil. Həmin şəxslər məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməli idilər və araşdırmanın nəticəsini gözləməlidirlər. Sakit araşdırmaların nəticəsini gözləməkdənsə, onlar özlərinə siyasi dividend qazanmaq istəyirlər. 30 illik işğala son qoymuşuq. Prezidentin arxasında xalq dayanır. Hansı rəqabətdən söhbət gedə bilər?”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top