Bakıda torpaqların “əl yandıran” qiymətləri — VİDEO

SOSİAL 31 mar 2021, 17:42
Bakıda satışa qoyulan torpaq demək olar ki, yox vəziyyətindədir. 

Paytaxta daha yaxın Badamdar qəsəbəsində isə qiymətlər sözün əsl mənasında kəllə-çarxdır. Bu isə həmin ərazidə boş torpağın tükənməsi ilə əlaqədardır. 

Hazırda torpaq bazarında 1 sota görə qiymətlər ərazisinə və şəraitinə görə dəyişir. Ən çox torpaq alış-satışı Abşeron rayonu Masazır qəsəbəsindədir.

Əhali daha çox ucuz, yəni sotu 10 min manata qədər olan torpağı almağa üstünlük verir. 

Ümumi qiymətlər isə belədir: 

Abşeron rayonu:

Novxanı qəsəbəsi – 1 sotu 11 min manatdan yuxarı 

Saray qəsəbəsi – 1 sotu 7-12 min manat arası 

Hökməli qəsəbəsi – 1 sotu 5-7 min manat arası 

Binəqədi rayonu:

Biləcəri qəsəbəsi - 1 sotu 10-15 min manat arası 

Rəsulzadə qəsəbəsi – 1 sotu 50 min AZN-dən yuxarı 

Xocasən qəsəbəsi – 1 sotu 8-12 min manat arası 

Sulutəpə - 1 sotu 2-4 min manat arası 

Xəzər rayonu:

Mərdəkan qəsəbəsi – 1 sotu 3-15 min manat arası

Şüvəlan qəsəbəsi – 1 sotu 6-15 min manat arası 

Buzovna qəsəbəsi – 1 sotu 10 min manatdan yuxarı 

Ekspertlər əhalini topaq alarkən diqqətli olmağa çağırırlar. Tikinti zamanı hər hansı bir çətinliyin olmaması üçün daha çox torpağın tikintiyə yararlı və çıxarışlı olması vacibdir. Neftlə çirklənmiş ərazilərdən və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən torpaq sahələrini almaq tövsiyə olunmur. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top