Millimiz Serbiyaya da uduzdu

İDMAN 30 mar 2021, 21:54
DÇ-2022-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Demokrat.az
-ın məlumatına görə, "A" qrupunda qərarlaşan Azərbaycan millisi bu gün ikinci matçına çıxıb.

Yığmamız Bakı Olimpiya Stadionunda Serbiya millisini qəbul edib. 

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiyadan hər iki topu Aleksandr Mitroviç vurub. Komandamızın heyətində Emin Mahmudov ona qarşı kobudluqdan sonra yığmamıza penalti qazandırıb. Zərərçəkən özü 60-cı dəqiqədə fərqlənib. Lakin bu qoldan sonra bərabərlik yaransa da, qonaqlar 81-ci dəqiqədə yenidən önə çıxaraq oyunda son nöqtəni qoyublar. 

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
30 mart


Azərbaycan - Serbiya - 1:2
Qollar:
Emin Mahmudov, 60 (pen.) - Aleksandar Mitroviç, 16, 81
Baş hakim: Roy Reynşreyber (İsrail)
Bakı Olimpiya Stadionu

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 20. İsmayil İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani
Ehtiyat oyunçular: Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Kərim Diniyev, 22. Toral Bayramov
Baş məşqçi: Canni de Byazi

Serbiya: 12. Predraq Raykoviç, 13. Stefan Mitroviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spahiç, 7. Nemanya Radonjiç, 6. Nemanya Maksimoviç, 8. Nemanya Qudelj, 17. Filip Kostiç, 10. Duşan Tadiç (k), 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandar Mitroviç
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihailo Ristiç, 21. Filip Dyuriçiç, 22. Marko Qrujiç
Baş məşqçi: Draqan Stoykoviç
Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top