Cəmil Həsənlinin qızı ilə bağlı məsələnin araşdırılması üçün tapşırıq verildi


HADİSƏ 30 mar 2021, 13:32
Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb. 

Bunu Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, müraciətə cavab olaraq bildirilib: “Bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Və ən tez bir zamanda təqsirkarlar aşkarlanaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək."(modern.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top