Bu il Həcc ziyarəti olacaq? — QMİ-dən AÇIQLAMA

SOSİAL 29 mar 2021, 13:29
Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki, məlumat verilməyib.

Demokrat.az
xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Qeyd edilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

“Hələ ki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür. Lakin bildiriş aprelin axrına doğru gəlsə, vaxta görə ziyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top